Accessibility links

Rusiya xəbər agentliklərinin bildirdiyinə görə, prezident Vladimir Putin qanunvericilərdən Rusiya ordusunun Ukrayna ərazisinə müdaxilə hüququnun ləğvini tələb edib. Məlumatda deyilir ki, cənab Putin bu tələblə bu gün parlamentin Yuxarı Palatasına müraciət edib.

Dünən gecə prezident Putinlə telefon söhbəti zamanı Birləşmiş Ştatlar prezidenti Barak Obama deyib ki, keçən cümə günü elan edilən atəşkəs razılığı başda olmaqla, Ukrayna lideri Petro Poroşenkonun siyasi gərginliyi azalmaq planına yardım etmək lazımdır.

Ağ Ev Birləşmiş Ştatlar prezidentinin cənab Putini atəşkəsə əməl etmələri üçün Ukraynadakı rusiyapərəst separatçılara təzyiq göstərməyə və Rusiya sərhədlərindən Ukraynaya silah daşınmasının qarşısını almağa çağırdığını deyib.

Dünən ölkənin şərqində Ukrayna ordusu ilə döyüşən Rusiyapərəst separatçıların lideri bildirib ki, üsyançı qüvvələr prezident Petro Poroşenkonun geniş sülh planının ilk addımı kimi hesab edilən və keçən həftənin cümə günü bəyan edilən təktərəfli atəşkəsə riayət edəcək.
XS
SM
MD
LG