Accessibility links

Putin Kemp Deyviddə Böyük Səkkizlərin sammitinə qatılmayacaq

  • Amerikanın səsi

Rusiyanın yeni prezidenti Vladimir Putin gələn həftə ABŞ prezidentinin paytaxt Vaşinqton yaxınlığında Kemp Deydiddə iqamətgahında keçiriləcək Böyük Səkkizlər sdammitinə qatılmayacaq.

Ağ evin açıqladığı bəyanata əsasən, cənab Putin prezident Barak Obama ilə telefon söhbətində deyib ki, yeni hökumətdə nazirlərin təyinatlarını yekunlaşdırmaq üçün o, Moskvada qalmalıdır.

Rusiyanın baş naziri olmuş keçmiş prezident Dmitri Medvedev Böyük Səkkizlərin zirvə görüşündə cənab Putininin yerinə iştirak edəcək.

Ağ ev bildirir ki, cənab Putin prezident Obama ilə gələn ay Meksikada Böyük İyirmiliyin sammitində görüşməyə razılıq verib.

Ağ evin bildirdiyinə görə, dövlət başçıları telefon söhbəti zamanı ABŞ və Rusiya arasında tərəfdaşlığın gücləndirilməsi işinə birgə sadiqlikdən danışıblar.

İki prezident arasında söhbət zamanı soyuq müharibə dövründən qalmış razlığı əvəz edən silahlara nəzarətə dair START müqaviləsi daxil olmaqla keçən üç il ərzində əldə olunmuş nailiyyətlər müzakirə edilib.

XS
SM
MD
LG