Accessibility links

Obama və Putin arasında telefon söhbəti olub



Ağ Ev ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbətinin aparıldığını bəyan edib. Söhbət zamanı müzakirə mövzularından biri Edvard Snoudenin məsələsi olub.

Obama administrasiyasının Ağ Evin veb səhifəsində yerləşdirilmiş bəyanatında deyilir:”Prezident Obama Rusiya prezidenti Putinlə telefon söhbəti aparıb. İki lider ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edib və cənab Edvard Snoudenin statusu və Soçidə Qış Olimpiya oyunlarından öncə əks-terror əməliyyatlarında əməkdaşlıq da daxil olmaqla təhlükəsizlik sahəsində bir sıra məsələləri müzakirə edib.”

Prezident Barak Obamanın Rusiya prezidenti Vladimir Putinə zəng etməsindən öncə cümə günü ABŞ-ın kəşfiyyat agentliyinin keçmiş kontraktoru Edvard Snouden Moskvanın Şeremetyevo hava limanın Rusiya vəkilləri və insan hüquqları müdafiəçiləri ilə görüş keçirib. Görüş zamanı üç həftəyə yaxındır Şeremetyevo hava limanının tarnzit zonasında qalan Snouden ona sığınacaq vrməyə hazır olan Latın Amerikasının üç ölkəsindən birinə gedənə qədər Rusiyadan müvəqqəti sığınacaq almaq istədiyini bildirib. Edvard Snoudenin ABŞ pasportu ləğv edilib, ona verilmiş “dünya vətəndaşı” pasportu isə Rusiya da daxil olmaqla, dünyanın heç bir ölkəsi tərəfindən tanınmır.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Snoudenin sığınacaq istəməsi ilə bağlı müraicətindən xəbəri olmadığını deyibə. Peskov qeyd edib ki, Snoudenin müracitinə Moskvada baxılması üçün irəli sürülən şərt prezident Putin tərəfindən ifadə edilib:Edvard Snouden ABŞ-a zərər verməməlidir.
XS
SM
MD
LG