Accessibility links

Ukraynada böhranla bağlı Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparan ABŞ prezidenti Barak Obama Rusiyanın Ulraynanın şərqində separatçılara dəstəyi artırması barədə ciddi narahatlığını yenidən dilə gətirib.

Ağ Ev bildirib ki, prezident Obama böhranın diplomatik həlli üçün yenidən səy göstərib və iki lider kommunikasiya kanallarının açıq saxlanması barədə razılığa gəlib.

Bəyanatda deyilir ki, cənab Obama habelə Rusiyanın 1987-ci il sazişini pozması barədə dərin narahatlığını ifadə edib. Vaşinqton bildirir ki, Moskva orta mənzilli ballistik raketlər sazişini pozub.

Öz növbəsində Kremlin məlumatına görə, cənab Putin telefonda ABŞ prezidentinə deyib ki, Rusiyaya qarşı tətbiq edilən son sanksiyalar eks-effekt verəcək və iki tərəfli əlaqələrlə yanaşı beynəlxalq sabitliyə də ciddi zərbə vuracaq.

XS
SM
MD
LG