Accessibility links

ABŞ perzidenti Barak Obama Ukraynanın şərqində zorakılıqların artması və Rusiyanın separatçılara dəstəyi davam etdirməsi məsələlərini müzakirə etmək üçün çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Telefon söhbəti zamanı cənab Obama Birləşmiş Ştatların Ukraynanın suverenlyi və ərazi bütövlüyünə dəstəyini bir daha təkrar edib. ABŞ prezidenti hərbi əməliyyatların gedişi zamanı tələfatların artmasını və prezident Putinin Rusiya, Fransa, Almaniya və Ukrayna arasında böhranın dinc yolla həllinə nail olmaq üçün aparılan müzakirələrin yaratdığı imkandan istifadə etməsinin vacibliyini vurğulayıb.

Prezident Obama razılığın əldə edilməsi və həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. Lakin bununla belə, cənab Obama bildirib ki, Rusiya əsgəri qüvvə və silah göndərilməsi, habelə separatçıların maliyyələşdirilməsi daxil olmaqla Ukraynada təcavüzü davam etdirsə, bu Moskvaya daha baha başa gələcək.

XS
SM
MD
LG