Accessibility links

Obama və Putin Suriyada siyasi keçidə ehtiyac olmasında razılaşır


ABŞ rəsmiləri bildirir ki, prezident Barak Obama və Rusiya prezidenti Vladimir Putin bazar günü keçirilən görüşdə Suriyada siyasi keçidə ehtiyac olması fikri üzərində razılaşıblar.

Liderlər G20 iqtisadi summitinin keçirildiyi Türkiyənin Antalya şəhərində 35 dəqiqiə görüş keçiriblər.

Putinin xarici işlər Yuri Uşakov bildirib ki, Rusiya lideri Prezident Obama ilə təfsilatlı fikir mübadiləsi aparıb.

Ağ Evin rəsmisi bildirib ki, Obama və Putin Vyanada bu yaxınlarda müzakirələr zamanı diplomatik proqresi qeyd ediblər.

Eyni zamanda, Obama bütün ölkələrin Suriyada İslam Dövləti qrupuna qarşı mübarizədə iştirak edən ölkələrin səylərini alqışlayıb və Rusiyanın hərbi qüvvələrinin Suriyada İslam Dövləti qrupu ilə bağlı səylərinin əhəmiyyətini önə çəkib.

ABŞ rəsmiləri tez-tez Moskvanı prezident Bəşər Əl-Əsədə qarşı döyüşən üsyançıları bombalamaqda ittiham ediblər. İki ölkə arasında Əsədin Suriya gələcəyindəki roluna dair fikir ayrılıqları var.

XS
SM
MD
LG