Accessibility links

Prezident Obama 2017-ci maliyyə ilində qarşıya Birləşmiş Ştatlara 110 min qaçqının qəbul edilməsi kimi məqsəd qoyub. Bu, onun əvvəlki planında göstərildiyindən 10 min nəfər çoxdur və keçən illə müqayisədə 30 faiz artım deməkdir.

ABŞ mediasında verilən məlumatlara görə, dövlət katibi Con Kerri qaçqın qəbulu ilə bağlı yeni planla bağlı açıqlamaları çərşənbə axşamı günü Konqresin Nümayəndələr Palatası və Senatın ədliyyə komitələrində qapalı dinləmə zamanı verib.

ABŞ-da sonuncu dəfə prezident Obamanın göstərdiyi rəqəmlərə yaxın sayda qaçqın 1995-ci ildə prezident Klintonun 112 min qaçqının gəlişinə razılıq verdiyi zaman qəbul edilmişdi. 2015-ci maliyyə ilində Birləşmiş Ştatlar 70 min qaçqın qəbul edib.

Politico jurnalının məlumatına görə, Obama administrasiyası 2016-cı ildə 10 min nəfərin qəbul etməsi kimi məqsədinə planlaşdırıldıqdan bir ay əvvəl nail olduqdan sonra gələn il Suriyadan böyük sayda qaçqın qəbul etmək istəyir.

Obamanın gələn həfrə BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində qaçqın sammitində iştirakından öncə qaçqın planını açıqlayacağı gözlənilir.

XS
SM
MD
LG