Accessibility links

Mişel Obama: "Bizim heç birimiz bu rəftara layiq deyilik"


ABŞ-ın birinci xanımı Mişel Obama qadınlar və onların fiziki görünüşlərinə dair deyilənlərə münasibət bildirib. O, prezidentliyə namizədlərdən birinin kobud, qorxulu və bunun ağrılı olduğunu deyib.

Mişel Obama Donald Trampın adını çəkməsə də, məhz onu nəzərdə tutduğu aydın idi.

Birinci xanım bunun siyasi mövzu olmadığını deyib. O, Nyu Hempşirdə emosional çıxışı zamanı deyib ki, bu rüsvayçılıq dözülməzdir.

"İnana bilmirəm ki, mən bu sözləri deyirəm – ABŞ prezidentliyinə namizəd qadınlara seksual təcavüz barədə lovğalanıb," o, bəyan edib.

Xanım Obama bildirib ki, Demokrat, Respublikaçı və ya müstəqil olmaqdan asılı olmayaraq, qadınlara belə münasibət götərilə bilməz.

“Bizim heç birimiz bu rəftara layiq deyilik. Buna dərhal son qoyulmalıdır”-deyə ABŞ-ın birinci xanımı əlavə edib.

Bizim heç birimiz bu rəftara layiq deyilik. Buna dərhal son qoyulmalıdır

Oktyabrın 12-də The New York Times-ın dərc etdiyi bir yazıda iki qadın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın onlara nalayiq şəkildə toxunduğunu iddia edib. Buna bənzər iddialar az sonra "People" jurnalında da yer alıb.

Sözügedən qadınlar prezidentliyə namizədlərin 2-ci debatını izləyəndən sonra bu barədə danışmaq qərarına gəliblər. Debat zamanı CNN-in əməkdaşı Trampdan "qadınları onların razılığı olmadan öpüb-öpmədiyini..." soruşub. Namizədsə cavabında "yox" deyib.

XS
SM
MD
LG