Accessibility links

ABŞ prezidenti əlindəki qəhvə ilə vertolyotunu yanında duran əsgərləri salamladığına görə tənqidlərə tuş gəlib.

Nyu-Yorkda vertolyotdan enərkən Barak Obama sağ əlində tutduğu plastik stəkanla əsgərləri alqışlayıb.

Respublikaçıların Milli Konres Komitəsindən onun tənqidçiləri tvitterdə belə yazıb: “Prezident əsgərləri latte iləmi salamyıb?”

Digərləri isə “latte salyutu” və dənizçilərin şüarı olan “həmişə sadiq” “"Semper Fi" deyə zarafat edib. Lakin prezidentin çaya üstünlük verdiyi hamıya məlum olduğu üçün onun əlində çay ola bilərdi.

2001-ci ildə prezident Corc Buş oğul da əlində itini tutaraq əsgərləri salamlamışdı.

XS
SM
MD
LG