Accessibility links

Prezident Obama Ağ Evdə Əfqanıstan prezidenti ilə görüşüb


ABŞ prezidenti Barak Obama Əfqanıstanda yerləşdirilmiş 9 min 800 Amerika əsgərinin sayının yarıya qədər azaldılması planına baxmayaraq, onların bu ilin sonuna qədər ölkədə qalacağını deyib.

Cənab Obama Ağ Evdə Əfqanıstan prezidenti Əşrəf Qani ilə birgə mətbuat konfransında bildirib ki, Əfqanıstan hələ də çox təhlükəli yer olaraq qalır. “Üsyançılar hələ də mülki vətəndaşlara qarşı intiharçı bomba hüccumları həyata keçirməyə davam edir”-deyə prezident Obama bildirib.

Cənab Obama ABŞ-ın Amerika hərbi qüvvələrinin ölkədə qazandığı nailiyyətlərin müdafiə edilməsi işinə sadiqliyini bildirib. O, ABŞ hərbi qüvvələrinin Əfqanıstan qüvvələrinə məsləhət və təlim verəcəyini, eləcə də əks-terror əməliyyatlarında onlara yardım göstərəcəyini deyib.

Prezident Obama bundan öncə Amerika əsgərlərinin sayının bu ilin sonuna qədər 5 min 500 nəfərə qədər azaldılacağını və onun prezidentlik müddətinin 2017-ci ildə bitməsinə qədər hərbi qüvvələrin sayının daha da azalacağını elan etmişdi. Prezident Obama bu il əsgərlərin çıxarılması planı üzərində yenidən iş aparılacağını, lakin əsgərlərin bütünlüklə çıxarılması üçün qoyulmuş müddətin dəyişməyəcəyini bildirib.

Əfqanıstan prezidenti Əşrəf Qani deyib ki, ABŞ hərbi qüvvələrinin çıxarılması prosesinin ləngiməsi ölkədə islahatların sürətləndirilməsi və Əfqanıstanın Milli Təhlükəsizlik Qüvvələrinin daha yaxşı idarə və təchiz edildiyi, həmçinin təlim aldığı və fundamental missiyasını yerinə yetirə bilməsini təmin etməyə xidmət edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG