Accessibility links

Prezident Obamanın mühacirət qanunu təxirə salınıb [Video]


Mühacirlər arasında onların prezidentin qərarından yararlanaraq sənədlərinin qaydaya salınmasına kömək üçün keçirilən seminarlar dayandırılıb. Arizonadan olan İdalia Servantes ümid edirdi ki, Meksikada anadan olmuş valideyinləri deportasiya edilməkdən xilas olacaq.

İdalia Servantes: "Bizim ürəyimiz qırılıb. Biz bu haqda axşam eşitdik və gözlərimiz yaşardı."

Saatlar sonra Ağ Ev bunu təsdiqlədi.

Barak Obama: "Federal məhkəmənin qərarına əməl etməliyik. Beləliklə məsələ həll olunmayana qədər müraciətləri qəbul etməyəcəyik."

Massaçusets Universitetinin Hüquq fakultəsinin direktoru Paul Kollinsə görə məsələnin həlli zaman alacaq.

Paul Kollins: "Qanun bu mövzuda ya ağ ya da qara deyil. Əgər qanun Ali Məhkəməyə gedibsə və bu işin mahiyyəti üzrə hökm oxunubsa, ehtimal ki, qərarın verilməsi yarim il ilə bir il arasında vaxt aparacaq."

O vaxtadək Steven Rodriquez kimi Meksikadan ABŞ-a körpə vaxtında gələn qanunsuz mühacirlərin taleyi qeyri-müəyyəndir və onlar qanuni olaraq işləyə bilməz.

Steven Rodriquez: "Mən iş axtarmağa başlayacağam və heç kim məni işə götürməyəcək."

Konqres hər kəs tərəfindən islahatlara ehtiyacı olduğuna inanılan mühacirlər haqda qanunda razılığa gələ bilməyib. Lakin respublikaçı konqresmen Lamar Smit deyir ki, qanuni hərəkətsizlik rəsmilərə həddini aşmaq üçün bəhanə deyil.

Lamar Smit: "Prezident deyib ki, mən onlara iş icazəsi, qalmağa şərait, federal imtiyazlardan yararlanmağa icazə verəcəm. Düşünürəm ki, O burada edəbildiklərinin həddini aşdı."

Etirazlarla birlikdə qanunu dəstəkləyən bəzi dövlət rəsmiləri konstitusiya nizamını müdafiə etdiklərini deyir.

Mark Brnoviç: "Bu çox mühim konstitusyonal prinsipdi. Bu sadəcə mühacirət haqda deyil. Bu ABŞ prezidentinin hər hansı hüquqi məsələ üzərində birtərəfli addım atması haqdadır."

Prezident Obama qərarlıdır.

Barak Obama: "Mən qanunun və tarixin bizim tərəfimizdə olduğunu düşünürəm. Biz appelasiyaya müraciət edəcəyik. Hüquqi məsələ həll olan kimi biz bu qanunu tətbiq edəcəyik."

Bu həftəyə qədər məhkəmə qərarları cənab Obamanın lehinə olub.

Paul Kollins: "Federal məhkəmə hökumətin mühacirət haqda qanunlarına qarşı kifayət qədər ehtiramlı olub - xüsusən də bu qərarlar ştatlar tərəfindən çıxardılanda. Beləliklə ştatları çox çətin sınaq gözləyir."

Mühacir qrupların vəzifəsi qanunsuz mühacirlərə ümidlərini kəsməməyi və əlaqədə qalmağı söyləməkdir.

İdalia Servantes: "Mən mübarizə aparacağam və məni dəstəkləyən böyük icma olduğunu bilirəm. Valideyinlərimin bu ölkədə qalmasını təmin edəcəyəm."

XS
SM
MD
LG