Accessibility links

Obama irqi azlıqlar üçün proqram hazırlayıb [Video]


Yeni proqram 2014-cü ildə prezident Obamanın başlatdığı dövlət təşəbbüsü My Brothers Keeper proqramına oxşardır. Hər iki proqramın məqsədi gənc oglanlara təhsil üçün qrantları artırmaqdır.

Barak Obama: "Biz hər kəsin müvəffəqiyyətli olacağına təminat verə bilmərik. Ancaq işləmək istəyən hər kəs üçün bərabər fürsət yaradacağımıza təminat veririk."

Dövlət təşəbbüsü ilə gənc qaradərili və ispandilli gənc oğlanlar üçün 500 miliyon dollara yaxın qrant toplanıb. Pepsi Cola və American Express şirkətlərinin liderlərinin səyləri nəticəsində proqram Ağ Evin öhdəliyindən çıxıb. Proqramın elan edilməsi Afrikalı Amerikalıların ölkə boyu başlatdığı irqçiliyə qarşı aksiyaların vüsət aldığı vaxta təsadüf edir.

Barak Obama: "Ölkə boyu və Nyu-Yorkun, Nyu-Cersi və mənim anadan olduğum şəhər Çikaqonun bəzi hissələrində kifayət qədər iş imkanları, fürsət və investisiya yoxdur. Bəzi icmaların 30, 40 və ya 50 faizi işsizdir."

Prezident Obama deyib ki, amerikalıların çoxu başa düşür ki, ölkənin müvəffəqiyyəti onun gənclərinə bağlıdır.

Barak Obama: "Onlar bilir ki, burada Nyu-Yorkda afro-amerikalı və ya latino gənclər həbsxanaya getməkdənsə kolleclərə getsələr, onlar bir gün vergi ödəyicisinə çevriləcəklər. Onlar bizim icmalarımızın qurulmasında rol alacaqlar və icmalar təhlükəsiz olacaq. Onlar problemin bir hissəsi deyil, onlar həllin potensial hissəsidir. Əgər biz onlara düzgün davranarsaq."

Nyu-Yorkda yerləşən təşkilat Amerikan iqtisadiyyatında və cəmiyyətinə zərər verən irqi boşluğun aradan qaldırılmasına kömək üçün strategiyalar təklif verəcək.

Ağ Evin məlumatına əsasən qaradərili və latinolar arasında 16-24 yaşlarda olan hər dörd gəncdən biri ya işsizdir ya da təhsilini davam etdirmir. Birləşmiş Ştatların əsasən ağdərililərin məskunlaşdığı ölkədən gələcək onilliklərdə azlıqların çoxluq təşkil etdiyi ölkəyə çevrilməsi perspektivi bu nəticələrə böyük önəm verir.

XS
SM
MD
LG