Accessibility links

Obama: Quantanamo məhbəsi milli təhlükəsizliyimizi gücləndirmir, onu zəiflədir


ABŞ prezidenti Barak Obama Ağ Evdə Quantanamo həbsxanasının bağlanmasına dair planı ilə bağlı açıqlamalar verir

ABŞ prezidenti Barak Obama Ağ Evdə Quantanamo həbsxanasının bağlanmasına dair planı ilə bağlı açıqlamalar verir

ABŞ prezidenti Barak Obama Müdafiə Nazirliyinin Kubada Quantanamoda hərbi həbsxananın bağlanması planına dəstəyini bildirərək, hərbi obyektin Amerikanın milli təhlükəsizliyinizi gücləndirmək deyil, onu zəiflətdiyini deyib.

Obama bu açıqlamanı ABŞ Müdafiə Nazirliyinin bu gün Konqresə Kubanın Quantanamo körfəzindəki hərbi həbsxananın bağlanmasına dair hesabatı Konqresə təqdim etməsindən bir qədər sonra Ağ Evdə verib.

Administrasiyanın yüksək səviyyəli rəsmisi bildirib ki, həbsxananın bağlanması milli təhlükəsizlik sahəsində prioritetdir. O əlavə edib ki, hərbi obyekt cihadçıları "ruhlandıraraq", terrorçuların öz sıralarına yeni qüvvələr toplamasından əsas vasitələrdən birinə çevrilib.

Quantanamo, Kuba

Quantanamo, Kuba

Prezident Obama 2008-ci ildə hakimiyyətə gəldiyi vaxtdan həbsxananın bağlanmasının əhəmiyyətini vurğulamışdı. İndi onun prezidentliyi dövrünün başa çatmasına bir ildən az vaxt qaldığı zaman həbsxanada hələ də 91 məhbus saxlanır.

ABŞ Müdafiə Nazirliyinin Konqresə Kubanın Quantanamo həbsxanasının bağlanmasına dair hesabatda 30-dan tutmuş 60-a qədər məhbusun Birləşmiş Ştatlar daxilində 13 mümkün obyektə göndərilməsi məsələsi qaldırılır. Bununla belə, sənəddə ABŞ-dakıhansısa bir obyekt göstərilmir. Belə mümkün saxlanma obyektləri Kanzas, Kolorado və Cənubi Karolina ştatlarındakı həbsxanalar, ya da hərbi obyektlər ola bilər.

Administrasiyanın yüksək səviyyəli rəsmisi bildirib ki, məhbusları Kubadan ABŞ-a göndərməklə Pentaqon ildə 65 milyondan 85 milyona qədər vəsaitə və növbəti 3-5 il ərzində məhbusların köçürülməsi üçün lazım olan maliyyə resurslarına qənatə edə bilər.

ABŞ-ın Kubada Quantanamo köfəzindəki hərbi bazası

ABŞ-ın Kubada Quantanamo köfəzindəki hərbi bazası

ABŞ rəsmisi Amerikanın Səsinə bildirib ki, 91 məhbusdan 35-nin köçürülməsi artıq təsdiq edilib və onlar bu ilin yay aylarında başqa ölkələrə təhvil veriləcəklərini gözləyir. Rəsmi bildirib ki, başqa 10 nəfərin təhvil verilməsi prosesi hərbi komissiyada müzakirə edilir.

ABŞ qanunlarına görə Quantanamo məhbuslarının Amerika daxilində köçürülə bilməz. Bir çoxları bunun ölkə üçün təhlükə yarada biləcəyini deyir.

XS
SM
MD
LG