Accessibility links


ABŞ prezidenti Barak Obama Qurban bayramı münasibətilə dünya müsəlmanlarına təbrik mesajı göndərib.

Prezident Obamanın Ağ Evin veb səhifəsində yerləşdirilmiş təbrik mesajında deyilir: “Mişel və mən dünya müsəlmanlarına mübarək Qurban bayramı münasibətilə ən xoş arzularımızı çatdırır və Həcc ziyarətində olanları təbrik edirik. Müsəlman qonşularımız və dostlarımız Qurban bayramını qeyd etmək üçün toplaşdığı bir vaxt, amerikalı müsəlman zəvvarlar dünyada müxtəlif insanların bizə səmavi dinlərin bir köklərə əsaslandığını xatırladan ən böyük toplantısına qoşulur.

Qurban bayramını qeyd etmək üçün bütün dünyada müsəlmanlar başqa dini icmalara qoşularaq, aclıq, xəstəliklər və münaqişələrə görə əziyyət çəkənlərə yardım əlini uzadır. Bu, ümumi problemləri həll etmək üçün icmaların birgə işə təşviq edilməsində dini etiqadın oynadığı müsbət rola güclü bir misaldır.

Amerika xalqı adından sizə Həcc ziyarəti mövsümündə ən xoş arzularımızı çatdırırıq. İd Mübarək və Həcc Məbrur.”
XS
SM
MD
LG