Accessibility links

ABŞ prezidenti Barak Obama Qurban bayramı münasibətilə mesajında dünya müsəlmanlarını təbrik edib. Ağ Evin veb səhifəsində yerləşdirilmiş mesajda prezident Obama Amerikanın qaçqınlar və miqrantların qəbulu siyasətinin dəyişməz qaldığını bir daha bəyan edib.

"Bu, İbrahimin nümayiş etdirdiyi kimi qurban, qətiyyət və Allaha sədaqətin ifadə edildiyi xüsusi bir bayramdır. Bu gün dünyanın hər yerindən milyonlarla müsəlman Həcc ziyarətini başa çatdırır. Bu, eyni zamanda, inamın bütün fərqləri və sədləri aşa bildiyi və bizi ünsiyyət və məhəbbət altında birləşdirən yolların təntənə edilməsidir"-deyə prezident Obama təbrikində bildirib.

ABŞ prezidenti həmçinin Qurban bayramının qeyd edildiyi vaxt "bayramı ailələrindən uzaqda, gələcəyə inam olmadan, lakin hələ də daha parlaq gələcəyə ümidlə baxan dünya boyu səpələnmiş qaçqınların" unudulmamalı olduğunu xatırladıb.

Prezident Obama bayram mesajında Suriya da daxil olmaqla qaçqınların Birləşmiş Ştatlarda qəbulu siyasətinə də toxunub.

"Bir ölkə olaraq biz müharibənin dağıtdığı ərazilərdən xilas olan qaçqınlardan tutmuş, daha yaxşı həyat axtarışında öz evini tərk edən miqranta qədər gələnləri mərhəmət və açıq ürəklə qəbul etmək işinə sadiq qalırıq."

Show comments

XS
SM
MD
LG