Accessibility links

Obama Ağ Evdə İtaliyanın baş naziri ilə görüşüb


ABŞ prezidenti Barak Obama Ağ Evdə İtaliyanın baş naziri Matteo Renzi ilə görüşüb. Bu, Obamanın prezidentliyi dövrü Ağ Evdə qəbul edilən sonuncu xarici ölkə lideridir.

Ağ Evin qarşısında İtaliya lideri və onun xanımı üçün rəsmi qarşılanma mərasimi keçirilib. Tədbirə ABŞ-da İtaliya icmasının nümayəndələri də dəvət edilib.

İtaliya və Birləşmiş Ştatlar arasında münasibətlərin əsasları tam aydındır. Bizi təkcə maraqlar və dəyərlər deyil, azadlıq istəyi və hər bir insanın ləyaqətinə hörmət birləşdirir.

"İtaliya və Birləşmiş Ştatlar arasında münasibətlərin əsasları tam aydındır. Bizi təkcə maraqlar və dəyərlər deyil, azadlıq istəyi və hər bir insanın ləyaqətinə hörmət birləşdirir. Buna görə də mən tərəddüd etməyən deyə bilərəm ki, İtaliya bizim ən güclü müttəfiqlərimizdən və dostlarımızdan biridir"-deyə prezident Obama bildirib.

Baş nazir Renzi öz növbəsində prezident Obamanın böhranın təsirlərinə məruz qalmış ölkədə vəziyyətin tamamilə dəyişməsi səylərinə yüksək qiymət verib.

"Siz günbəgün insanların həyatını yaxşılaşmasına səbəb olan, ətraf mühitin yaxşılaşmasına xidmət edən və yoxsul insanlar üçün imkanlar yaratmağa kömək edən dəyişikliklər yaratmasınız. Fikrimcə, çox adam hesab edir ki, siyasət çığırmaq, bir-biri ilə dalaşmaq, nifrət etmək və parçalanma yaratmaq deməkdir. Siz fərqlisiniz, cənab prezident, biz fərqliyik"-deyə baş nazir Renzi bildirib.

Rəsmi qarşılama mərasimindən sonra prezident Obama və baş nazir Renzi ikitərəfli danışıqlar aparıb.

“Seçkilər vicdansız və təhrif olnmuş media tərəfindən Əyri Hillarinin xeyrinə tamamilə saxtalaşdırılır.” – Donald Tramp
“Seçkilər vicdansız və təhrif olnmuş media tərəfindən Əyri Hillarinin xeyrinə tamamilə saxtalaşdırılır.” – Donald Tramp

Prezident Barak Obama mətbuat konfrasnı zamanı Respublikaçı prezidentliyə namizədi Donald Trampı seçkilərin ona qarşı saxtalaşdırılacağını iddia etdiyinə görə tənqid atəşinə tutub. Prezident Obama Trampa “giley-güzara” son qoymağı tövsiyə edərək udmaq üçün seçicilərlə iş aparmağı tövsiyə edib.

“Mən öz həyatım boyu yaxud müasir tarixdə heç vaxt görməmişəm ki, hansısa prezidentyliyə namizəd səsvermə olmazdan öncə seçki prosesini sual altına qoysun.” Obama Ağ Evdə bildirib. “Bu, misli görünməmiş bir haldır. Bunun faktlarda əsası yoxdur.”

Rəy sorğularında Demokrat rəqibi Hillari Klintondan geriyə qalan Tramp bu günlərdə səsvermənin legitimliyini sual altına alıb.

Əgər cənab Tramp seçkilərdə daha çox səs qazanarsa, mənim Hillari Klintondan gözləntim o olardı ki, təslim çıxışı etsin və amerikalıların effektikv hökumətdən faydalanması üçün onunla birgə işləsin.

Heç bir dəlil göstərmədən indiyədək seçkili vəzifə tutmamış Tramp bəzi ştatlarda seçki saxtakarlıqlarının baş verdiyini iddia edib. Onun sözlərinə görə Amerikada media ona qarşı əlbir olaraq Hillari Klintonu ABŞ-ın ilk qadın prezidenti etməyə can atır.

“Əgər cənab Tramp seçkilərdə daha çox səs qazanarsa, mənim Hillari Klintondan gözləntim o olardı ki, təslim çıxışı etsin və amerikalıların effektiv hökumətdən faydalanması üçün onunla birgə işləsin. Və mənim də vəzifəm o olardı ki, cənab Trampı, mənim haqqımda nə deməyindən, aramızdakı fikir ayrılıqlarından asılı olmayaraq, hakimiyyətin dinc ötürülüşü üçün Kapitoliyə müşayiət edim. Amerikalılar belə edir.”

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG