Accessibility links

Prezident Obama Konqresdəki respublikaçıları tənqid edir


Prezident Obama Konqresdəki respublikaçıları tənqid edir
Prezident Obama Konqresdəki respublikaçıları tənqid edir

ABŞ prezidenti deyib ki, Konqresdəki respublikaçılar Birləşmiş Ştatlarda mühüm inkişaf qarşısında mane yaradır

ABŞ prezidenti Barak Obama deyib ki, Konqresdəki respublikaçılar Birləşmiş Ştatlarda mühüm inkişaf qarşısında mane yaradır.

Həftəlik müraciətində cənab Obama respublikaçı senatorları işsizliyə görə müavinətlərin uzadılmasına dair layihə də daxil olmaqla, qanun layihəsini saxlamamağa çağırıb. Prezident deyib ki, o, bir sıra ciddi məsələlərin həlli yolunda eyni siyasi maneələri görməsinə təəssüflənir.

Cənab Obama Senatda neft şirkətlərinin məsrəflərə görə məsuliyyətini məhdudlaşdıran qanun layihəsinin qarşısını alan respublikaçıları da tənqid edib.

Prezidentin müraciətinə respublikaçıların cavabında Missisipi ştatından senator Rocer Viker cənab Obamanı Meksika körfəzində neftin axmasından siyasi məqsədləri üçün istifadə etməkdə ittiham edib.

XS
SM
MD
LG