Accessibility links

Prezident Obama respublikaçıların planını tənqid edib


ABŞ prezidenti Barak Obama deyib ki, respublikaçılar Nümayəndələr Palatasında yenidən üstünlük əldə etsələr, bu, ABŞ-da on il ərzində baş vermiş hadisələrə səbəb olan siyasi kursun qayıtmasına gətirib çıxaraq. Bu gün həftəlik radio müraciətində cənab Obama bildirib ki, respublikaçıların zəngin amerikalılar üçün vergi ixtisarları və Uol Stritə nəzarətin azaldılması kimi irəli sürdüyü planda yeni heç bir ideya yoxdur. Planda həmçinin hökumət nəzarətinin azaldılması, cənab Obamanın dəstəklədiyi səhiyyə islahatlarına dair bu il qəbul edilmiş qanunvericiliyin ləğvi və administrasiyanın iqtisadi stimullaşdırma paketinə son qoyulmasına çağırılır. Respublikaçıların həftəlik müraciətində konqresmen Kevin Makkarti planın amerikalıların istəklərini əks etdirdiyini deyib.

XS
SM
MD
LG