Accessibility links

Obama mühacirət qanunun qəbul olunmasına görə republikaçıları günahlandırıb [Video]


Prezident xəbərdarlıq edib ki, Ali Məhkəmənin qərarı Birləşmiş Ştatlarda həm sosial, həm də iqtisadi fəsadlara gətirib çıxardacaq.

Barak Obama: “Bugünkü qərar iqtisadiyyatımıza tövhə vermək və mühacirət sistemimizə rasionallıq gətirmək istəyənlər üçün qəbul edilməzdir.”

Obama deyib ki, ABŞ immiqrasiya sistemində 20 ildən çoxdur problemlər mövcuddur. O, keçən həftə cümə axşamı günü yeni hakimin təyin olunmamasında Respublikaçıları günahlandırıb.

Barak Obama: “Konqresdəki respublikaçılar Ali Məhkəmənin lazımı şəkildə tam fəaliyyət göstərməsinin qarşısını bilərəkdən alırlar. Bugünkü vəziyyət məhkəmənin tam fəaliyyətinin qarşısını alır.”

Lakin prezident mühacirət haqda islahatların gec-tez baş tutacağını deyib. Çünki Konqress problemə məhəl qoymaya bilməz. Nümayəndələr Palatasında azlıqda olan partiyanın lideri Nensi Pelosi jurnalistlərə bildirib ki, ölkə boyu biznes təşkilatları mühacirət islahatlarına ehtiyac olduğunu deyib.

Nensi Pelosi: “Görüşdüyüm hər qrup mühacirət islahatlarına ehtiyac olduğunu deyir. Bunu anlamayanlar isə Nümayəndələr Palatasındakı respublikaçılardır.”

Respublikaçılar isə demokratiyanın qalib gəldiyini deyir.

Paul Ryan: “Konqres prezident deyil ki, qanunlarımızı yazsın. Ali Məhkəmə fundamental prinsipləri təsdiq etdi.”

Respublikaçılar noyabr ayında keçiriləcək seçkilərdə daha ciddi mühacirət qanunlarını dəstəkləyən seçicilərin köməyilə qalib gələcəklərinə ümid edir.

Cefri Sessions: “Hillari Klinton prezident Obamanı keçib. O deyib ki, o heç kimi deportasiya etməyəcək. Ta ki, kimsə cinayət və ya terror hadisəsi törətməsin.”

Respublikaçı Partiyasında prezidentliyə ehtimali namizəd Donal Tramp deyib ki, əgər o preizdent seçilsə, qeyri-qanuni mühacirətə çox ciddi yanaşacaq. Lakin amerikalılar deportasiyanı humanist addım olaraq qəbul etmir və ölkənin dəyərlərinə zidd olduğunu deyir.

XS
SM
MD
LG