Accessibility links


CNN şirkətinin apardığı sorğuya əsasən, son günlərin qalmaqalları ABŞ prezidenti Barak Obamanın populyarlıq reytinqinin aşağı düşməsi ilə nəticələnib.

Sorğunun nəticələri cənab Obamanın reytinqinin keçən ay səkkiz faiz azalaraq, 45 faizə düşdüyünü göstərir. CNN bunun son bir il yarım ərzində ən aşağı reytinq olduğunu bildirir.

Sorğu respondentlərin hökumətin amerikalıları izləmə proqramları, vergi idarəsinin mühafizəkar qruplara münasibətdə ədalətsiz davranışı, hökumətin müxbirlərin telefon zənglərini dinləməsi və administrasiyanın Liviyada ABŞ-ın diplomatik nümayəndəliyinə hücumu ilə əlaqədar araşdırma ilə bağlı mövcud suallara cavabları əks etdirilib.

Sorğu iyunun 11-13-ü arasında mindən çox amerikalı arasında aparılıb.

Aparılan başqa sorğular da cənab Obamanın reytinqi ilə bağlı fərqli nəticələr göstərib. Gallup Rasmussen şirkətlərinin apardığı sorğuya görə respondentlərin çoxu prezidentin işindən razı deyil, daha çox narazıdır. Lakin Time jurnalının apardığı başqa sorğuda iştirak edən respondentlər arasında cənab Obamanın işindən razı olanların sayı daha çoxdur.
XS
SM
MD
LG