Accessibility links


Son sorğuya əsasən, ABŞ prezidenti Barak Obamanın populyarlıq reytinqi indiyə qədər ən aşağı səviyyədədir.

Quinnipeq universitetinin keçirdiyi sorğuda iştirak edən amerikalıların 54 faizi prezident Obamanın vəzifəsinin icrasını mənfi qiymələndirib. Respondentlərin 39 faizi ABŞ prezidentinin öz vəzifələrini icra etməsindən razı olduğunu bildirib.

İlk dəfə olaraq sorğuda iştirak edən amerikalıların 52 faizi cənab Obamaya inanmadıqlarını bildirib.

Son sorğu oktyabrın 1-də keçirilmiş sorğu ilə müqayisədə prezident Obamanın reytinqinin düşdüyünü göstərir.

Quinnipeq universitetinin sorğusunun nəticələri prezident Obamanın administrasiyanın səhiyyə islahatlarında daiq qanununun detllarına aydınlıq gətirmədiyi üçün üzrxahlıq etməsindən açıqlanıb. Cənab Obama öz səhiyyə sığortasından razı olan insanların yeni qanunun qüvvəyə minməsindən sonra onu saxlaya biləcəklərini demişdi. Üzrxahlıq edən cənab Obama deyib ki, amerikalıların beş faizi özü üçün sığorta ala bilib və onların əvvəlki sığortası ləğv edilib.

ABŞ prezidenti terrorizm sahəsində işinə görə yüksək reytinq alsa da, xairici siyasət, mühacirət və federal büdcə məsələlərində onun reytniqi yüksək deyil.
XS
SM
MD
LG