Accessibility links

Barak Obama Riyad sammitinə qatılıb


ABŞ prezidenti Barak Obama və İran Körfəzinə daxil olan dövlətlərinin liderləri fikir ayrılıqlarına baxmayaraq münaqişələrin vüsət aldığı Yaxın Şərq regionunda vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə etmək üçün Riyadda görüşür.

Obama və İran Körfəzi Əməkdaşlıq Şurası bir gün davam edəcək sammitdən əvvəl birgə şəkil çəkdirib. Sammitdə siyasi böhran və Suriya, Yəmən, İraq və Liviyada davam edən döyüşlər müzakirə edilir.

İki saat bağlı qapılar arxasında davam edəcək görüşdə prezident Barak Obama və Səudiyyə Ərəbistanı kralı Salman regional münaqişələrin nəzarətdən çıxmasının qarşısını almaq üçün bütün tərəflərin mövqeyinin nəzərə alınmasının vacibliyinə dair razılığa gəlib.

ABŞ və Səudiyyə Ərəbistanı İran və terrorizmə qarşı mübarizədə fərqli mövqelərin gərginliyin artmasına səbəb olduğunu deyib.

Sammitdən sonra prezident Barak Obama Londona yola düşür. Orada prezident Britaniya baş naziri Deyvid Kameronla terrorizmlə mübarizə, Avropada qaçqın böhranı və qlobal iqtisadiyyat da daxil olmaqla, bir sıra məsələləri müzakirə edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG