Accessibility links

ABŞ prezidentliyinə namizədlər ilk debatlara hazırlaşır


Bu gün ABŞ prezidenti Barak Obama və prezidentliyə respublikaçı namizəd Mitt Romni 2012-ci il prezident seçkiləri kampaniyası çərçivəsində ilk debatlarını keçirəcək. Debatlar Mitt Romninin kampaniyasını canlandırması üçün ən yaxşı və ən sonuncu imkandır


Bir neçə gün doğma ştatı Massaçusetsdə debata hazırlaşdıqdan sonra cənab Romni bazar ertəsi debatın keçiriləcəyi Kolorado ştatının Denver şəhərinə gedib. Keçmiş qubernator tərəfdarlarına bildirib ki, bu debat prezidentin və onun qarşılaşacağı “ən böyük” tədbir olacaq.

Multi-milyonçu Romni gizli videodan sonra çəkisini itirib. O, amerikalıların 47 faizinin vergi ödəmədiyini və onların özlərini hökumətin dəstəyinə ehtiyacı olan “qurbanlar” hesab etdiyini deyib.

Cənab Obama bazar günü debata hazırlaşmaq üçün ABŞ-ın qərb ştatı Nevadada istirahət mərkəzində olub. Prezident burada kampaniya məsləhətçiləri ilə əlavə bir gün keçirib.

Denver Universitetində keçiriləcək debatda diqqət daxili problemlər üzərində cəmləşəcək. Burada iqtisadi və səhiyyə məsələləri də debat mövzusu olacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG