Accessibility links

Barak Obama və Mitt Romni biri-birini tənqid etməkdə davam edir


ABŞ prezidenti Barak Obama və onun respublikaçı rəqibi Mitt Romni biri-birini tənqid etməkdə davam edir.

Şənbə və bazar günləri Obama Ayova və Kolorado, Romni isə Ohayo və Florida ştatlarında kampaniyalar aparıb.

Mitt Romni prezidenti 23 milyon amerikalını işziz qoymaqda günahlandırıb. O deyib ki, Obama iqtisadiyyatın canlandırılması səylərinə nail ola bilməyib. Romni 12 milyon yeni iş yerlərinin açılacağı və iqtisadiyyatı enerji müstəqillliyi yoluna qoyacağını bildirib.

Prezident Obama isə respublikaçıların keçən həftə təşkil etdiyi Milli Qurultayından danışaraq, Romninin eyni siyasətləri təkrar etdiyini deyib. O, Romninin Amerika əsgərlərinin Talibanla mübarizə apardığı Əfqanıstandakı vəziyyətə toxumadığına görə tənqid edib.

Gələn cümə axşamı günü demokratların Milli Qurultayında prezident Obama partiyasının nominasiyasını qəbul edəcək.
XS
SM
MD
LG