Accessibility links

Barak Obama və Mitt Romni qlobal forumdan sonra kampaniyaları davam etdirir


clinton romney obama

clinton romney obama

ABŞ prezidenti Barak Obama və Respublikaçı rəqibi Mitt Romni dünən sabiq prezident Bill Klintonun keçirdiyi qlobal forumdan sonra yenidən kampaniyalarına davam edir.

Cənab Romni forumda dünya liderlərinə işsizlik, yoxsulluq və hökumətdə korrupsiyanın Yaxın Şərq boyu gənclər arasında hiddəti qızışdırdığını deyib. O, prezident seçilərsə iş yerlərinin və pulsuz müəssisələrin yaradılmasının onun üçün yüksək prioritet olacağını deyib.

Cənab Romninin planlarına ticari maneələri aradan qaldırmaq və bazarı ABŞ maliyyəçilərinə açmaq üçün inkişafda olan ölkələrə xarici yardım göndərmək daxildir.

Cənab Obamanın təqdim etdiyi yeni proqramlara federal podratçıların insanları qul kimi işlətməsinin qarşısını alacaq qanunların möhkəmləndirilməsi daxildir. Forumda çıxışı zamanı cənab Obama müasir dövrdə insanların kölə kimi işlədilməsi ilə mübarizə aparacaq yeni proqramlar elan edib.
XS
SM
MD
LG