Accessibility links

Mitt Romni Mayamidə ispandilli Univision telekanalına müsahibə verib


Respublikaçı prezidentliyə namizəd Mitt Romni prezident seçilsə qanunsuz mühacirlərin ölkədən deportasiya edilməsinə çağıran siyasət yürütməyəcəyini deyib.

O, bu barədə dünən Florida ştatının Mayami şəhərində İspandilli Univision televiziya şəbəkəsinə verdiyi müsahibə zamanı bildirib.

Cənab Romni eyni zamanda kampaniyasının 100 faiz Amerika və amerikalılara xidmət göstərdiyini və amerikalıların qayğısına qalmaq istədiyini bildirib. Cənab Romni kampaniyasının yardıma ehtiyacı olanlara və ölkənin yoxsul təbəqəsinə kömək etməkdən ibarət olduğunu deyib.

Bundan sonra prezidentliyə namizəd Mayamidə ABŞ prezidenti Barak Obamanın da diqqətini cəlb etmək istədiyi ispan mənşəli seçicilər qarşısında çıxış edib.

Məlumat UNIVISION tərəfindən yayılıb.
XS
SM
MD
LG