Accessibility links

ABŞ prezidenti Rusiyanı Ukraynanın yeni höluməti ilə açıq danışıqlara səsləyib. Barak Obama deyib ki, Rusiya təhrikçiliyini davam etdirsə, onu sektor sanksiyaları gözləyir.
ABŞ dövlət başçısı Rusiyanın imkandan istifadə etməli və Ukraynanın yenicə seçilən prezidenti Poroşenkonu tanımalı olduğunu bildirib.

Böyük Yeddiliyin ikigünlük toplantısında iştirak edən Barak Obama Rusiya prezidenti Vladimir Putini Poroşenko ilə dialoqa çağırıb.

Britaniyanın baş naziri Devid Kameronla birgə mətbuat konfransı zamanı ABŞ prezidenti Fransanın Rusiyaya döyüş gəmiləri satmasına dair narahatlığını dilə gətirib.

Britaniyanın baş naziri isə terrorizmin dünyanın üzləşdiyi ən böyük problem olduğunu bildirib.

Devid Kameron Suriyanın cihadçılar üçün birnömrəli hədəfi olduğunu deyib. O bildirib ki, Böyük Yeddilik Suriyanın qonşularına əlavə yardım gəstərməklə xaricdən gələn terrorçuların yolunu kəsə bilər.
XS
SM
MD
LG