Accessibility links

Obama Rusiyaya qarşı sanksiyaların qüvvədə qalmalı olduğunu deyib


ABŞ prezidenti Barak Obama deyib ki, ABŞ və Avropa Rusiya Ukraynada atəşkəsi razılığını tətbiq etməyənədək Moskvaya qarşı sanksiyaları qüvvədə saxlamalıdır.

"Razılığa əsasən tələb olunan istiqamətdə addımlar görməyənədək biz ən azı sanksiyaları hazırki səviyyədə saxlamalıyıq'' - deyə cənab Obama Vaşiqntonda İtaliya baş naziri Matteo Renzi ilə keçirilən birgə mətbuat konfransında bildirib.

Rusiya keçən il Ukraynada Krımı ilhaq edəndən və ölkənin şərqindəki separatçıları dəstəkləyəndən bəri ABŞ və Avropa Moskvaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Qərb rəsmiləri deyir ki, Rusiya hərbi qüvvələri separatçıları dəstəkləmək üçün Ukrayna ərazisinə daxil olub. Rusiya rəsmiləri isə bu ittihamları rədd edir. Prezident Vladimir Putin dünən keçirilən illik sual-cavab sessiyasında dəfələrlə bu iddiaları rədd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG