Accessibility links

Prezident Obama Dmitri Medvedevlə özəl söhbər zamanı açıqlamalarını şərh edib

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Dmitri Medvedevlə raket əleyhinə müdafiə planını özəl söhbət zamanı müzakirə edən zaman onun mikrofonu açıq olub.

Seulda nüvə təhlükəsizliyinə dair zirvə toplantısı zamanı cənab Obama özəl söhbətdə Rusiya prezidentinə deyib ki, bu il onun sonuncu dəfə seçiləcəyi ildir və seçildikdən sonra onun imkanları daha çox olacaq.

Cənab Obama söhbətdən sonra müxbirlərə deyib ki, Birləşmiş Ştatlarda seçki kampaniyası davam edir, Rusiyada isə artıq hakimiyyətin keçidi dövrüdür.

Prezident Obama bildirib ki, hazırkı qeyri-sabit siyasi mühit raket əleyhinə müdafiə sistemi və silahlara nəzarət haqda müzakirələrin aparılması üçün münasib deyil.

Noyabr ayında prezident seçkisi zamanı demokrat prezidenti məğlub etmək istəyən respublikaçılar silahlara nəzarətə dair danışıqlarda Rusiyaya güzəştə getmək istəmədiklərini deyib.

XS
SM
MD
LG