Accessibility links

Prezident Obama bu gün Ağ Evdə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşür

  • Amerikanın səsi

Prezident Obama bu gün Ağ Evdə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşür

Prezident Obama bu gün Ağ Evdə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşür

Rusiyanın ABŞ-ın Avropada raketlər əleyhinə müdafiə sistemi yerləşdirmək planları ilə bağlı narahatlıqlarının müzakirələrin diqqət mərkəzində olacağı gözlənilir

ABŞ prezidenti Barak Obama bu gün Ağ Evdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdən öncə Ağ Ev prezident Obama və Rusiya prezidenti Dmitri Medvedev arsında telefon söhbətinin baş tutduğunu təsdiqləyərək, bəyanatda bugünkü danışıqlarda müzakirə olunacaq məsələləri açıqlayıb.

Bəyanatda deyilir ki, cənab Obama Rusiya liderinə Moskvanın Liviya ətrafında səylərinə görə təşəkkürünü bildirərək, ABŞ-ın Liviya lideri Müəmmar Qəzzafi hakimiyyətdən gedən kimi ölkədə demokratik keçidə yol açacaq müzakirələrə başlamağa hazır olduğunu dilə gətirib. Prezident Obama və Xarici İşlər naziri Lavrov arasında danışıqlarda Liviyada vəziyyət başlıca yer tutsa da, Rusiyanın ABŞ-ın Avropada raketlər əleyhinə müdafiə sistemi yerləşdirmək planları ilə bağlı narahatlıqlarının müzakirələrin diqqət mərkəzində olacağı gözlənilir. Assoşieyted Press agentliyi çərşənbə axşamı günü Vaşinqtondakı Rusiya səfirliyində danışan Sergey Lavrova istinadən xəbər verib ki, raketlər əelyhinə müdafiə sistemi iki ölkə arasında münasibətlərdə narahatlıq doğuracaq başlıca məsələ olaraq qalır. Xarici İşlər naziri Moksvanın ABŞ-ın planlarının Rusiyanın təhlükəsizliyinə hədə törədə biləcəyi ilə bağlı narahatlıqlarını bir daha dilə gətirib.

Vaşinqtonda özəl aarşdırma mərkəzi olan Silahlara Nəzarət Assosiyasının rəhbəri Deril Kimbal Deyir ki, Moskva Amerika raketlərinin Rusiyanın ölkənin qərbində yerləşdirilmiş ballistik hücum raketlərinin qarşısını ala biləcəyindən narahatdır.

“Rusiyanın narahatlıqları şişirdilib. ABŞ-ın 2020-ci ildə yerləşidirəcəyi bəzi raket tutan qurğuları Rusiyanın nüvə başlıqlı raketlərini vura bilsə belə, bu, yüzlərlə nüvə başlıqlı raketə malik olan Rusiyanın nüvə sialahlarının qarşısını almaq qabliyyətinə mane törətmir.”

Obama-Lavrov görüşündə habelə Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyü məsələsi, habelə Əfqanıstan və Sudanda vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

Son həftələr Rusiya mətbuatında ABŞ prezidentinin bu ilin sonuna qədər Moskvaya səfər etmək planları ilə bağlı məlumatlar verilib. Prezident Obamanın sözçüsü Cey Karni Ağ Evin prezident Obamanın Rusiyaya mümkün səfəri ilə bağlı açıqlama verməyə hazırlaşmadığını bildirib.

XS
SM
MD
LG