Accessibility links

ABŞ pezidenti Barak Obama vyetnamlı həmkarı Truonq Sanqla Ağ Evdə görüş zamanı insan hüquqlarının durumu ilə bağlı səmimi söhbət apardığını deyib.

Bir zamanlar müharibə dövrünün düşmənləri olmuş ABŞ və Vyetnam arasında münasibətlərin 1995-ci ildə yaxşılaşmasından sonra cənab Sanq Vyetnamın Birləşmiş Ştatlara səfər etmiş ikinci lideridir.

Ağ Evdə cənab Sanqla müxbirlərin suallarına cavab verən cənab Obama deyib ki, rəsmi Vaşinqton bütün ölkələrin söz, din və toplaşma azadlıqlarına hörmət etməli olduğuna inanır. Cənab Sanq öz növbəsində bildirib ki, Vyetnam və Birləşmiş Ştatlar arasında insan hüquqları məsələsində hələ də fikir ayrılıqları mövcuddur.

ABŞ-ın bəzi qanunvericiləri və insan haqları qrupları Vyetnam hökumətini son illər siyasi dissidentlər və dindarlara qarşı repressiyaları artırmaqda və icbari iş praktikasına son qoymamaqda ittiham edir.

Onlar cənab Obamanı Vyetnamla iqtisadi əlaqələri insan və əmək hüquqları sahəsində vəziyyəti düzəltmək şərti ilə inkişaf etdirməyə çağırıb.

500 insan haqları müdafiəçisindən ibarət qrup Ağ Evin qarşısında Lafayet parkında Obama-Sanq görüşünə etiraz aksiyası keçirib.
XS
SM
MD
LG