Accessibility links

ABŞ prezidenti bu gün Amerikanın qərb bölgəsinə 4 günlük səfərə başlayır


ABŞ prezidenti bu gün Amerikanın qərb bölgəsinə 4 günlük səfərə başlayır.

Barak Obama səfərinə Oreqon ştatının Rozburq şəhərində ötən həftə atışma qurbanlarının ailə üzləri ilə görüşlə start verəcək.

Obamanın səfəri etiraz aksiyaları ilə müşayiət ediləcək. ABŞ dövlət başçısının silahlara nəzarət qanununun gücləndirilməsi çağırışları silah tərəfdarlarının qəzəbinə yol açıb.

Ağ Evin bildirdiyinə görə, prezidentin silahlara nəzarətlə bağlı çağırışları səfərinin məqsədi deyil. Sözçü Coş Ernest müxbirlərə deyib ki, prezident Obamanın məqsədi faciə qurbanlarının ailə üzvləri ilə vaxt keçirməkdir.

Dünən təşkil edilən mətbuat konfransında Senatın demokrat liderləri alıcılar araşdırılmadan internet və ya silah yarmarkalarından silah satışının dayandırılmasına çağırıb.

Demokratlar bundan əlavə qanuni məhdudiyyətlərlə üzləşilməməsi məqsədi ilə birinin digərinə silah almasına imkan verilməməsini təklif edib. Onlar silah qaçaqmalçılığı ilə mübarizə məqsədi ilə qanunların ciddiləşdirilməsini istəyir.

Konqresin respublikaçı nümayəndələri isə bu təkliflərin Konstitusiyanın insanların silaha sahib olmaq haqda 2-ci düzəlişinə zidd olduğunu bildirir.

Bu gün səhər Şimali Arizona ştatında silahlı şəxs tərəfindən 1 nəfər öldürülüb, 3 nəfər yaralanıb. Silahlı şəxs nəzarət altına alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG