Accessibility links



ABŞ prezidenti Barak Obama Konqresin Birləşmiş Ştatların maliyyə öhdəliklərinə görə defolta düşməsinə imkan verməyərək, ölkənin borc limitini oktyabrın ortalarında son möhlətə qədər qaldıracağına inandığını deyib.

ABŞ hökumət idarələrinin bir hissəsi artıq beşinci gündür bağlı qalmağa davam edir. Eyni zamanda hökumətin oktyabrın 17-ə qədər Çin, Yaponiya və digər xarici ölkələrdə saxlanan istiqrazlar üzrə faizlər də daxil olmaqla, ödənişləri etmək üçün maliyyəsi tükənmək üzrədir.

Cənab Obama Assoşieyted Press agentliyinə müsahibədə Birləşmiş Ştatların borc götürə bilməsi üçün Konqresin ölkənin 16,7 milyard dollarlıq büdcə limitini artıracağını gözlədiyini deyib.

Prezidentliyinin beşinci ili demokrat Barak Obama federal büdcə və onun Obamacare adı ilə tanınan səhiyyə islahatları ilə əlaqədar Konqresdə respublikaçı opponentlərinin siyasi müqaviməti ilə qarşılaşıb.

ABŞ prezidenti deyib ki, o, səhiyyə xidmətlərinə dair qanuna dəyişikliklər edilməsi və xərclərin azaldılması məsələləri ətrafında müzakirələr aparmağa hazırdır. Lakin o, Konqresin əvvəlcə heç bir şərt qoyulmadan hökumətin bağlanmasına son qoymalı və borc limitini qaldırmalı olduğunu bildirib.
XS
SM
MD
LG