Accessibility links

ABŞ prezidenti Barak Obama deyib ki, Konqresin potensial borc defoltunun qarşısını almaq və hökuməti maliyyələşdirmək üçün razılığa gəldiyi qərarda qalib yoxdur.

16 gün qismən bağlı olan ABŞ hökumətinin fəaliyyəti bərpa edilib. ABŞ prezidenti Konqresin son dəqiqə təsdiq etdiyi kompromis razılığının qüvvəyə minməsi üçün bu gün səhər imza atıb.

Sənəd hazırkı məsrəflərin 15 yanvaradək qüvvədə qalması ilə yanaşı, borc tavanını fevralın 7-dək uzanacaq.

Nümayəndələr Palatasında sənəd 285 lehinə, 144 əleyhinə, Senatda isə 81 lehinə, 18 əleyhinə səslə təsdiq edilib.

Federal işçilərdən bu gündən etibarən işə çıxmaları tələb edilib.

ABŞ prezidenti Barak Obama hər iki partiyanın liderlərinə təşəkkürünü bildirərək, indi amerikalıların etimadının bərpa edilməsi vaxtı olduğunu deyib.
XS
SM
MD
LG