Accessibility links

Barak Obama Sendi qasırğasının fəsadlarına ilk cavab verənlərə minnətdarlığını bildirib


ABŞ prezidenti Barak Obama Sendi qasırğasının fəsadlarına ilk cavab verənlər və Milli Qvardiyaya minnətdarlığını bildirib.

Həftəlik radio müraciəti zamanı ABŞ dövlət başçısı deyib ki, Federal Fövqəladə Menecment Agentliyi (FİMA) minlərlə yardım komandalarını Amerikanın qasırğanın təsirinə məruz qalan şərq sahillərində səfərbər edərək, fəlakətin qurbanlarına ilk yardımlarını çatdırıb. Bu yardımlara su, ərzaq və generatorlar da daxil edilməklə, təcili avadanlıq daxildir.

Prezident problemin həllinə hökumətin bürokratizminin mane olmayacağına vəd verib.

Barak Obama yardımlara könüllü şəkildə qoşulmaq istəyənlərin Qırmızı Xac Cəmiyyətinə müraciət etməli olduğunu deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG