Accessibility links

ABŞ prezidenti Barak Obama 85 milyard dollarlıq hökumət xərclərinin avtomatik ixtisarını nəzərdə tutan sənədə imza atıb. Buna səbəb Konqreslə Ağ Evin büdcə defisitini azaltmaq üçün alternativ planlar barədə razılığa gələ bilməməsi olub.

Kəsrlərin bütün ölkə boyu tam şəkil öz təsirini göstərməsi bir neçə həftə vaxt ala bilər, ancaq artıq bəzi sahələrdə təsir özünü göstərməkdədir.

Cənab Obama bu gün həftəlik müraciətində deyib ki, ixtisarlar Konqresdəki respublikaçıların qərarından sonra qüvvəyə minib. Belə ki, prezident deyib: "Onlar zənginlər üçün xüsusi faiz vergisini qorumağı ordu və orta sinfi qorumaqdan daha vacib hesab edib".

Respublikaçıların Vaşinqton ştatından Nümayəndələr Palatasındakı təmsilçisi Keti MacMorris Rocers Respublikamıların müraciətində deyib ki, ixtisarlar "məsuliyyətli və ağıllı üsullarla" aparıla bilər. Onun sözlərinə görə, hazırki ixtisarları "daha ağıllı ixtisarlar" əvəz edə bilər.
XS
SM
MD
LG