Accessibility links

Amerikada 11 sentyabr hadisələrinin ildönümü qeyd edilir


ABŞ-da 11 sentyabr terror hücumlarının 12-ci ildönümü qeyd edilir.

Nyu-York və Vaşinqton şəhərlərində, eləcə də Pennsilvaniya ştatında 12 il əvvəl baş vermiş terror hücumu nəticəsində həyatını itirmiş insanların xatirəsi anılıb.

ABŞ prezidenti Barak Obama Nyu-Yorkda Dunya Ticarət Mərkəzinin qoşa binaları və Pentaqonda Əl-Qaidə terrorçularının hücumu nəticəsində həyatını itirən 3000 insanın xatirəsinin anıldığı mərasimlərdə iştirak edib.

Cənab Obama, vitse-prezident Co Bayden və onların həyat yoldaşları səhər saat 8.46-da hadisə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. Dünya Ticarət Mərkəzinə ilk hücum 2001-ci ildə sentyabrın 11-də bu saatda baş vermişdi.

ABŞ prezidenti daha sonra Pentaqonda həyatlarını itirmiş 100 nəfərin ailə üzvlərinin iştark etdiyi mərasimə qatılıb.

Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin qoşa binalarının dağılması nəticəsində ölən insanların yaxınları onların adlarını oxuyaraq yad edəcəklər. Bu təşəbbüs artıq ənənəvi hal alıb. Dünya Ticarət Mərkəzində 1993-cü ildə baş vermiş bomba hücumu zamanı ölən altı insanın adı da həmçinin bu mərasimdə qeyd olunacaq.

Dördüncü xatirə mərasimi isə United Airlines hava şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 33 sərnişin və yeddi ekipaj üzvünün həlak olduğu Pensilvaniya ştatının Şanksvil qəsəbəsində keçirilib.

Vaşinqton istiqamətində hərəkət edən təyyarə sərnişinlər nəzarəti terrorçuların əlindən almaq üçün mübarizə apardıqları vaxt qəzaya uğrayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG