Accessibility links

Yaponiyanın baş naziri ABŞ Konqresində çıxış edib


Yaponiyanın baş naziri ABŞ Konqresində çıxış edib.

Şinzo Abe II Dünya Müharibəsi zamanı Yaponiyanın roluna görə peşmançılıq hissi keçirdiyini bildirib. O, Asiya xalqlarının çəkdiyi iztirablara görə şəxsən üzr istəməsə də, insanların əzabına göz yumulmadığını deyib.

Şinzo Abe Çinin Asiyada artmaqda olan gücünə görə ölkəsinin qlobal təhlükəsizlik sahəsində əməkdaşlıq yolunu seçdiyini deyib.

Baş nazir ABŞ Konqresində çıxış etmək şərəfi əldə edən nadir yapon rəsmisidir.

Dünən axşam baş nazir Şinzo Abe və onun xanımı Ağ Evdə onların şərəfinə rəsmi şam ziyafətinə qatılıblar.

Prezident Obama cənab Abenin şərəfinə badə qaldıraraq, ənənəvi yapon poeziya nümunəsi olan haiku janrında şer söyləyib. “Bahar, yaşıllıq və dostluq. Birləşmiş Ştatlar və Yaponiya. Naqoyaka ni, harmoniya deməkdir”

Cənab Abe isə ABŞ prezidentinin şərəfinə klassik blüz mahnısı ifa edib.

Bundan önvə prezident Obama Yaponiya liderini Ağ Evdə rəsmi qəbul edərək, onunla danışıqlar keçirib.

Cənab Abe ABŞ-Yaponiya alyansının heç vaxt indiki qədər güclü olmadığını və Tokionun ABŞ-la qlobal risklərin qarşısının alınmasında öndə dayandığını deyib.

Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ-a bir həftə sürən rəsmi səfəri çərçivəsində Konqresdə məruzə edəcək. Cənab Abe Birləşmiş Ştatlar Konqresinin birgə iclasında çıxış edən ilk Yaponiya baş naziri olacaq.

XS
SM
MD
LG