Accessibility links

Obama: Şimali Koreya beynəlxalq təhlükəsizliyə ciddi hədədir


Obama Laos
Obama Laos

ABŞ prezidenti Barak Obama Şimali Koreyanın nüvə sınağını regional təhlükəsizlik və beynəlxalq sülh, sabitlik üçün ciddi hədə adlandırıb.

Ağ Evin açıqladığı bəyanatda, prezident bildirib ki, Şimali Koreyanın təxribatçı və sabitliyi pozmaq fəaliyyətləri Koreya xalqının təcridinə və rifah halının pisləşməsinə xidmət edib. Bəyanatda bunun başlıca səbəbinin Pxenyanın nüvə silahı və ballistik raket proqramının davam etdirmək inadkarlığı göstərilir.

BMT Təhlükəsizlik Şurası dünən Nyu-Yorkda qapalı görüş keçirib. Şura prezidenti Yeni Zelandiya səfiri Cerard Van Boheman jurnalistlərə açıqlamasında bildirib ki, şuranın 15 üzvü gizli nüvə sınağını sərt tənqid edib. Şura habelə müvafiq ölçülərin götürülməsi üçün dərhal addım atmağa razılaşıb. Addımların 41-ci maddə üzrə adılacağı gözlənilir ki, bu da hədəf ölkəyə qarşı sanksiyalar nəzərdə tutur.

Şura əlində olan bütün vasitələrdən istifadə edin Şimali Koreyanı hesablarını dəyişməyə məcbur etməlidir
Samanta Pauer

"Şura əlində olan bütün vasitələrdən istifadə edin Şimali Koreyanı hesablarını dəyişməyə məcbur etməlidir" - deyə ABŞ səfiri Samanta Pauer bildirib. Onun sözlərinə görə, Vaşinqton mövcud 4 BMT qətnaməsinin tam tətbiqi üçün bütün beynəlxalq tərəfdaşları ilə birgə işləməyə hazırdır.

Yaponiya nümayəndəsi Koro Bessho isə deyib ki, onun hökuməti Şimali Koreyaya qarşı yeni qətnamə qəbulunu və yeni ölçülərin götürülməsini istəyir.

XS
SM
MD
LG