Accessibility links

ABŞ prezidenti Barak Obama siyasi etiketin onun səkkiz il bundan əvvəl hakimiyyətə gəldiyi vaxtla müqayisədə pisləşdiyini deyib.

Böyük siyasi səhnəyə çıxmazdan əvvəl senator olduğu doğma İllinoys ştatında qanunvericilər qarşısında danışan prezident Obama Vaşinqtonda tərəflər arasında siyasi qütbləşmənin dərinləşməsini qınayıb. O, respublikaçılar və demokratların həmişə bir-birinin əleyhinə səs verdiyini xatırladıb, amma deyib ki, onlar eyni zamanda bir-birinə etibar ediblər.

“Biz bir-birimizə faşist, ya da idiot deməmişik, çünki onda biz nəyə görə faşistlər və idiotlarla poker oynadığımızı izah etməliydik”-deyə o bildirb.

Prezident Obama siyasi qütbləşmənin azalması və siyasi etiketin yaxşılaşdırılmasına nail ola bilmədiyindən təəssüf hissi keçirdiyi bildirib.

O, ABŞ siyasi kampaniyalarına nəzarət olunmayan olduqca böyük miqdarda maliyyə vəsaitinin xərclənməsinə son qoyulması, 2020-ci ildə əhalinin siyahıya alınmasından sonra seçki dairələrinin dəyişdirilməsi üçün müstəqil agentliklərin yaradılmasına və daha çox vətəndaşın bütün səviyyələrdə siyasi prosesdə iştirakını təmin etmək üçün qeydiyyat qaydalarının yüngülləşdirilməsinə çağırıb.

O həmçinin deyib ki, siyasətdə zəhərli ab-hava insanların siyasətə marağının azalmasına və bu boşluğun yerinin ekstremist səslərlə dolmasına səbəb olur.

“Biz siyasi həyatda daha yüksək etika normalarında təkid etməliyik”-deyə prezident Obama bildirib.

XS
SM
MD
LG