Accessibility links

New York Times və Guardian Edvard Snoudenin əfvinə çağırır


New York Times və Britaniyanın Guardian qəzeti ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq kontraktoru və Amerika kəşfiyyatı haqda məxfi məlumatı ictimaiyyətə açıqlayan Edvard Snoudenin əfv edilməsinə çağırıb.

30 yaşlı Snouden Rusiyada siyasi qaçqın status ilə yaşayır. Birləşmiş Ştatlar Snoudenin ölkəyə qaytarılmasına və sübut olunarsa onun casusluqda ittiham edilməsi və uzun müddətə həbs edilməsini istəyir.

Times qəzeti ABŞ prezidenti Barak Obamanın Snoudenə qarşı böhtana son qoyulması üçün yol tapmağa çağırıb.

Guardian qəzeti yazıb ki, Snoudenin gizli məlumatları açıqlaması mənəvi cəsarət adlandırılmalıdır və Obama onun şərəflə ölkəyə qaytarılmasına icazə verməlidir.

Snouden ötən il gizli məlumatları əsasən The Washington Post və Britaniyanın Guardian qəzetinə açıqlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG