Accessibility links

Obamanın Konqres qarşısında sonuncu hesabat məruzəsi [Video]


Obamanın hesabat məruzəsi
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Prezident Barak Obama bu həftə hakimiyyətdə olduğu müddətdə Konqres qarşısında yeddinci və sonuncu hesabat məruzəsi ilə çıxış edib. Məruzəsində o, Amerikanın gələcəyi ilə bağlı baxışları ilə bölüşüb və Konqresi gələn beş il deyil, bundan sonrakı müddətdə gələcəyə baxmağa çağırıb.

Sonuncu hesabat məruzəsində prezident Obama xalqa açıq ürəklə və nikbinliklə müraciət edib.

Parisdə və Kaliforniyada terror hücumlarına baxmayarq, Obama xaricdə və ölkə daxilində terrorçuların hədə təşkil etdiyini desə də, onların ölkənin mövcudluğu üçün təhlükə olmadığını bildirib. O, respublikaçıların nəzarətində olan Konqresi hərəkətə keçməyə çağırıb.

“Əgər Konqres bu müharibədə qələbə çalmaq məsələsində ciddidirsə və bizim əsgərlərimizə və dünyaya mesaj göndərərmək istəyirsə, İŞİD-ə qarşı hərbi qüvvədən istifadə edilməsinə səlahiyyət verməlidir. Səs verməlidir.”

Prezident Konqresdən həmçinin Kuba ilə bağlı növbəti addım ataraq, ticarətə dair embarqonu ləğv etməsini istəyib.

Sakit okeanı regionunda gəldikdə prezident Obama Trans Sakit okeanı tərəfdaşlığına dair müqavilənin təsdiqinə çağırıb.

Obamanın çıxışından bir qədər əvvəl İran Amerikanın iki patrul gəmisində 10 dənizçini saxlayıb. İranla nüvə razılığını Konqresdə sübhə ilə qarşılayan qanunvericilər qarşısında müdafiə edən Obama insidentə toxunmayıb.

“Biz burada danışdığımız vaxt İran nüvə proqramını məhdudlaşdıraraq, uran ehtiyalatını azaldır və dünyada daha bir müharibənin qarşısı alınır.”

Cənubi Karolina ştatının qubernatoru Nikki Haley Respublikaçılar partiyasından hesabat məruzəsinə cavab verərək, Ağ Evdə fərqli idarəçiliklə bağlı görüşlərini ifadə edib.

“Biz İsraildə təntənə edilib İranda etiraz qarşılanan beynəlxalq razılaşmalar əldə edəcəyik, bunun əksi deyil.”

Matt Qammon respublikaçılar arasında rəy sorğusu keçirir.

“Mn fikirləşmirəm ki, o bu məsələlərdən hansı biri iləsə bağlı Konqresdə ciddi addım atılacağını gözləyir, amma o, insanlar üçün mühüm olan və onun gələcək irisinin müəyyənləşməsində önəmli olan bu məsələlərə diqqət yetirdiyini göstərmək istəyir.”

Prezident Obama ölkədə siyasi baxımdan bölünmələrə görə təəssüf etdiyini deyib və respublikaçıların negativ açıqlamalarını tənqid edib.

“Amerika iqtisadiyyatının tənəzzülü haqqında söhbətlər siyasi məqsəd daşıyır.”

Prezidentliyə respublikaçı namizədlər Obamanın çıxışına Tvitter səhifələrində reaksiya verib. Donald Tramp məruzəni zəif, Ted Kruz isə “ölkədə vəziyyətin inkarı” adlandırıb.

Ağ Evin siyasi mesajı amerikalıları diqqəti respublikaçıların ritorikasına yönəltmək deyil, gələcək nəsillər üçün önəmli məsələlərə fikir verməli olduğundan ibarətdir. Amerikalılar 10 aydan sonra yeni prezidenti seçəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG