Accessibility links

Birləşmiş Ştatlar prezidenti Barak Obama Afrika qitəsində ikitərəfli əlaqələri genişləndirmək məqsədi ilə səfərini davam etdirir. Cənab Obama bu gün Seneqaldan Cənubi Afrika Respublikasına yola düşüb.

ABŞ prezidenti ərzaq təhlükəsizliyinə həsr edilmiş toplantıda Qərbi Afrika ölkələrindən biznesmenlər və kənd təsərrüfatı rəsmiləri ilə görüşüb.

Dünən prezident Obama Seneqal prezidenti Maki Salla görüşüb və afrikalı qulların o zamanlar Atlantik okean sahillərinə aparılmamışdan əvvəl saxlandığı Qore adasını ziyarət edib.

Cənubi Afrika Respublikasında olan cənab Obamanın hazırda ağır vəziyyətdə Pritoriya xəstəxanasında yatan sabiq prezident Nelson Mandelanı ziyarət edib-etməyəcəyi məlum deyil. Lakin Ağ Ev ABŞ prezidentinin Nelson Mandelanın ailəsini ziyarət edəcəyini bildirib.

Bu arada isə Pritoriyada Nelson Mandelanın müailə olunduğu xəstəxananın yaxınlığında təxminən 200 insan ABŞ prezidentinə qarşı etiraz aksiyası keçirib. Tələbələrdən və Cənubi Afrika Kommunist Partiyasının üzvlərindən ibarət etirazçılar prezident Obamanı "dikbaş, eqoist və qəddar" xarici siyasət yürütməkdə ittiham edib.
XS
SM
MD
LG