Accessibility links

ABŞ prezidenti Barak Obama 1915-ci ildə ermənilərin kütləvi qətllərini “soyqırım” adlandırmayacaq. ABŞ prezident aparatının rəhbəri Denis Makdona və ABŞ-ın Milli Təhlükəsizlik Məsələləri üzrə müşavirinin müavini Ben Rods bunu Ağ Evdə Amerikanın erməni icmasının nümayəndələri ilə görüşdə onlara çatdırıb.

ABŞ administrasiyasının yüksək səviyyəli nümayəndələri çərşənbə axşamı günü Amerikanın erməni assambleyası və Amerikanın erməni milli komitəsinin üzvləri ilə görüş keçiriblər. Ağ Evin açıqladığı bəyanata əsasən, görüş zamanı “1915-ci ildə ermənilərə qarşı törədilmiş qəddarlıqların 100-cü ildönümü” və “o dəhşətli dövrdə həyatını itirmiş 1,5 milyon insanın xatirəsinin anılmasının vacibliyi” müzakirə edilib.

Bəyanata əsasən, administrasiya rəsmiləri "Birləşmiş Ştatların ildönümündən faktların tam, səmimi və ədalətli şəkildə tanınmas üçün istifadə edəcəyinə söz veriblər". Bəyanatda bunun bütün tərəflərin marağında olduğu qeyd edilib, lakin hadisələr “soyqırım” deyil, “qəddarlıq” adlandırılıb.

Ağ Evin bəyanatına əsasən, ABŞ prezidenti Barak Obama aprelin 24-də Yerevanda hadisələrin 100-cü ildönümünün anımı mərasiminə Maliyyə naziri Ceykob Lyuini göndərəcək.

XS
SM
MD
LG