Accessibility links

ABŞ prezidenti Barak Obama bu gün BMT Baş Assambleyasında etdiyi çıxışı zamanı Yaxın Şərqdə baş qaldıran zorakılıqlar və İranın nüvə proqramı məsələlərindən danışıb.

Prezident Obama çıxışında Məhəmməd Peyğəmbəri təhqir edən filmin nümayişindən sonra müsəlman dünyasında baş qaldıran zorakılıqları və bu səbəbdən Benqazidə ABŞ səfiri Kristofer Stivens və digər diplomatların qətlini qınayıb.

ABŞ dövlət başçısı BMT nümayəndələrinə "hücumların BMT-nin ideallarına edildiyini" deyib və ABŞ diplomatik korpuslarına hücumları pisləyərək, ABŞ-ın İranın nüvə proqramının dayandırması yolunda əlindən gələni edəcəyinə vəd verib. O, İranla mübahisələrin diplomatik yolla həllinə hələ vaxt olduğunu, lakin bu vaxtın məhdudiyyətsiz olmadığını deyib.

Prezident deyib ki, Suriyada Əsəd rejimi sona çatdırılmalıdır. O, Suriyanln gələcəyinin diktator əlində olmaması barədə xəbərdarlıqla çıxış edərək, Əsəd rejiminin uşaqlar da daxil edilməklə, öz vətəndaşlarına divan tutduğunu bildirib.

Barak Obama dünya liderlərini zorakılıqlar və ekstremizmlə mübarizəyə səsləyərək, dünyanın yalnız tolerantlıq və azadlıq şəraitində irəliləyə biləcəyini bildirib.

Prezidentin BMT-nin Baş Assamleyasının 67-ci toplantısındakı bu nitqi sürəkli alqışlarla qarşılanıb.
XS
SM
MD
LG