Accessibility links

ABŞ prezidenti Barak Obama Vaşinqtonda ən nüfuzlu vəzifələrdən birini özünün uzun müddətdir ən yaxın müşavirinə həvalə edib. Cənab Obama baş müşaviri Denis Makdonahyunu prezident aparatının rəhbəri vəzifəsinə təyin edib.

Denis Donahyu Ağ Evin xarici siyasət məsələləri üzrə müşaviri olub. O, 2011-ci ilin may ayında ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin Əl-Qaidə lideri Osama bin Ladenin qətli ilə nəticələnən əməliyyatını Ağ Evdə prezident Obama ilə birlikdə izləyən zaman foto-şəkildə göstərilir.

Cənab Obama Makdonahyunu özünün və Ağ Evdə işləyən hamının dostu adlandırıb.
XS
SM
MD
LG