Accessibility links

ABŞ prezidenti Barak Obama Uelsdə NATO sammitinin başa çatmasından sonra Vaşinqtona dönməzdən əvvəl tarixi yerlərə ekskursiya üçün vaxt ayırıb.

Cənab Obama paytaxt Londonun 130 kilometrliyində dünyada ən qədim arxeoloji abidələrdən biri sayılan Sotunhec daş abidəsini ziyarət edib.

Amerika lideri abidəni möhtəşəm adlandırıb. Cənab Obama deyib ki, “ömrünün sonuna qədər görmək ən çox görmək istədiyi yerlər” siyahısında olan Stonehec abidəsini ziyarət edə bilməsinə çox sevinib.

Abidəni ziyarət etdiyi zaman ABŞ prezidenti uşaqları ilə gəzintiyə çıxmış ailə ilə görüşüb, onlarla ayaqüstü qısa söhbət edib.

Qədim dövrlərdən başlayaraq Stounhec daş abidəsinin kim tərəfiəndən və hansı məqsədilə qurulduğu ilə bağlı müxtəlif fərziyyələr irəli sürülür.

XS
SM
MD
LG