Accessibility links

Obama Suriyaya hücum üçün münasib vaxt axtarır



ABŞ iqtisadiyyatının dirçəldilməsi və ölkənin borcunu azaltmaq kimi məsələləri diqqət mərkəzində saxlayan prezident Barak Obama Amerikanın Suriyaya müdaxiləsi firkinə meyl göstərmirdi. Lakin eyni zamanda o, Suriya prezidenti Bəşar Əl-Əsədin müxalifətlə müharibədə qadağan olunmuş silahlardan istifadə edərək, “qırmızı xətti keçdiyi” zaman fəaliyyətə keçəcəyinə söz vermişdi.

Amerika Xarici Siyasət Şurasında siyasi təhlilçi İlan Berman dərhal fəaliyyətə keçmək üçün səbəblər olsa da, gecikmənin də səbəbi olduğunu bildirir. O, Obama administrasiyasının Birləşmiş Ştatların təktərəfli şəkildə 2011-ci ild Liviyada Müəmmar Qəzzafinin qüvvələrinə qarşı hərbi əməliyyata keçməsinə imkan vermədiyini deyir. “Obama administrasiyası Suriyaya qarşı addım atılsa, bunu təktərəfli şəkildə etmək istəmir, Avropadan, xüsusilə də Britaniya, Fransa və Almaniyadan dəstək almağa çalışaraq, Suriyaya qarşı hərbi əməliyyatın Amerika tərəfindən deyil, müttəfiqlər tərəfindən əməliyyat olduğuna əmin olmaq istəyir”-deyə İlan Berman bildirir.

ABŞ Hərbi Hava qüvvələrinin keçmilş zabiti Sam Qardiner Əl-Hurra televiziyasına müsahibə zamanı deyib ki, koalisiya təşkil etmək səyləri ləngisə də, hücuma hazırlıqlar davam edir. “ABŞ hərbi qüvvələri hər hansı bir hücuma keçməyə hazırdır. Britaniyanın Kiprdə altı döyüş təyyarəsi var. Hələlik təkcə koalisiya yoxdur”-deyə o bildirib.

BMT-nin fakt-araşdırıcı qrupu hələlik Suriyada tapıntılarla bağlı hüsabatını açıqlamayıb, lakin Obama administrasiyası Suriya hökumətinin qadağan olmuş silahlardan istifadə etdiyinə dair konkret dəlilin olduğunu bildirib. ABŞ-ın Müdafiə naziri Çak Heygel də hərbi qüvvələrin hər hansı bir an hücuma hazır olduğunu deyib.

Vaşinqtonda Yaxın Şərq institunda təhlilçi Ceffri Vayt kimi bir sıra təhlilçilərin sözlərinə görə, bu o deməkdir ki, ABŞ-ın hərbi hücumu qacılmazdır. “Bu, çox tez baş verə bilər. Bəziləri hətta hücumun bu gecə keçirilə biləcəyini deyirç amma o zaman BMT-nin müfəttişlərinin Dəməşq ərazisindən çıxmasına imkan olmayacaq, bunlar isə hücumlar üçün ən mühüm məntəqələrdir. Ona görə hücumun həftə sonu keçirilə biləcəyini düşünürəm”-deyə o bildirib.

Birləşmiş Ştatlar Syriyada rejimin dəyişməsi məqsədi güdməyərək, kiçikmiqyası hücumun keçirilməsinə planlaşdırır. Prezident Obama bildirib ki, məhdud hucumun məqsədi Əsəd hökumətinə beynəlxalq qanunları pozduğuna görə məsuliyyət daşıdığını xatırlatmaq məqsədilə mesaj göndərməkdən ibarətdir.

Suriya prezidenti Bəşar Əl-Əsədin Dəməşqin hər hansı bir hücuma cavab verəcəyini bildiriməsi, İsrail, Türkiyə, İordaniya və başqa ölkələrə qarşı kimyəvi hücumla bağlı narahatlıqların artmasına gətirib çıxarmışdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG