Accessibility links

Obama qaçqınların yerləşdirilməsi planını müdafiə edir


Parisdə baş verən terror hücumlarından sonra bəzi respublikaçı siyasətçilər Suriya qaçqınlarının yerləşdirilməsinin dayandırılmasına çağırı

ABŞ prezidenti Barak Obama Suriya qaçqınlarının yerləşdirilməsinin əleyhinə çıxan amerikalı siyasətçiləri tənqid edərək bildirib ki, onların ritorikası Amerika dəyərlərinə ziddir və İslam Dövləti yaraqlı qrupunun daha çox döyüşçü cəlb etməsinə yardım edə bilər.

Parisdə baş verən terror hücumlarından sonra bəzi respublikaçı siyasətçilər Suriya qaçqınlarının yerləşdirilməsinin dayandırılmasına çağırıb. Onlar bu tədbirlərin Suriyadakı terrorçuların bənzər hücumları ABŞ-da həyata keçirməsinin qarşsını alacağını iddia edir.

Çərşənbə günü Manilada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində müxbirlər önündə çıxış edən Obama deyib ki, hazırkı qaydalar və yoxlanışlarla qaçqınların ölkəyə daxil olması onsuz da aylar çəkir. Onun fikrincə, bu prosesi dayandırmaq qorxmağa bərabərdir.

Prezident Obama “ABŞ Suriyadan yalnız xristian qaçqınları qəbul etməlidir” təklifinə sərt reaksiya göstərib və bunun “təhqiredici və Amerika dəyərlərinə zidd olduğunu” deyib.

Respublikaçı qanunvericilər 10 min suriyalını ABŞ-da yerləşdirmək planının dayandırılmasına çağırıb. Bu məsələ Avropa ölkələrində də müzakirə olunur və onlar qaçqınların yerləşdirilməsinin təhlükə yaradıb-yaratmayacağı ətrafında mübahisə aparır.

20-dən çox qubernator suriyalıların onların ştatlarında yerləşməsinin qarşısını alacaqlarını elan edib.

Obama administrasiyası suriyalı qaçqınların Birləşmiş Ştatlara hazırkı daxil olma prosesini müdafiə edərək bildirib ki, onlar 18-24 ay sürən intensiv seçim prosesindən keçir. ABŞ prezidenti prosesi yaxşılaşdırmaq üçün təkliflərə açıq olduğunu deyib.

XS
SM
MD
LG