Accessibility links

Barak Obama Tailanddadır


ABŞ prezidenti Barak Obama Birmaya səfərinin hökuməti dəstəkləmək deyil, o ölkədə gedən siyasi islahatları təqdir etmək mahiyyəti daşıdığını bildirib. O, Birmanın islahat prosesində olduğunu və Birmaya bu sahədə dəstək nümayiş etdirməyin vacibliyini vurğulayıb.

Bu gün ABŞ dövlət başçısı Banqkokda tailandlı həmkarı Yinqluk Şinavatra ilə birgə mətbuat konfransı keçirib. Prezidentin ilk dayanacağı Tailand olan səfərinə
Cambodca və Birma daxildir. Bu, cənab Obamanın ikinci dönəm prezident seçilməsindən sonra xaricə ilk səfəridir və səfər onun administrasiyasının regiona olan maraqlarını əks etdirir.

ABŞ dövlət başçısının bölgəyə səfərinin ən maraqlı məqamı onun sabiq hərbi hökumət tərəfindən idarə edilən Birmaya getməsi olacaq.

Birmada prezident o ölkənin dövlət başçısı Thein Sein, siyasi fəal, Nobel Sülh mükafatı laureatı Aung San Suu Çi və digər rəsmilərlə görüşəcək.

Səfəri çərçivəsində Obama Kambodcada təşkil ediləcək ASEAN sammitinə qatılacaq.

Human Rights Watch kimi insan haqlarının müdafiəsi təşkilatları bildirir ki, Birmada islahatlar həyata keçirilməyənədək prezident oraya getməməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG